-
Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayəti üzrə hazırlıq iclası olub.
Vəkil Adil İsmayılov işlə tanış olması üçün məhkəmədən vaxt istəyib. Hazırlıq iclası aprelin 13-ə təxirə salınıb.
Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar verib.
Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.