-
Aprelin 14-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş «Savaşdan barışa» adlı fotosərgi təşkil olunacaq.
Sərgidə Çanaqqala savaşını əks etdirən 60-dan çox fotoşəkil nümayiş etdiriləcək.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi ilə birlikdə düzənlənib.
Çanaqqala döyüşü I Dünya müharibəsinin ən böyük döyüşlərindən, Osmanlı dövlətinin hərb tarixində son zəfəridir.
250 mindən çox türk əsgərinin şəhid olduğu bu döyüşün nəticəsində düşmən qüvvələri ağır itkilər verərək geri çəkiliblər.
Çanaqqala savaşında azərbaycanlılar da döyüşüb həlak olublar.
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 18 mart Çanaqqala şəhidlərini anma günü elan edilib.