Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

İŞİD həbsxanasından qaçan danışır


İÇİD qruplaşmasının yaydığı videolardan biri
İÇİD qruplaşmasının yaydığı videolardan biri

-

İŞİD («İslam Dövləti» silahlı qruplaşmasının əvvəlki adı- red.) həbsxanasında ölüm cəzasından qurtula bilmiş bir keçmiş əsir «Times»a danışıb. Onun sözlərinсə, bir çox xarici cihadçılar xəyal qırıqlığına uğradıqdan sonra qrupdan qaçıb canlarını qurtarmaq istəyiblər, ancaq həbs olunublar.

Keçmiş əsir deyib ki, qruplaşmada səudiyyəli və iraqlılar yuxarı mövqe tuturlar.

«Tunislilər özlərini döyüşçü, səudiyyəlilər isə dindar, ruhani hesab edirlər», - İŞİD-in Hələbdəki əl-Bab həbsxanasında altı ay qalmış suriyalı insan haqları fəalı Omar söyləyib. «Britaniyalılar əsasən mütəxəssisdirlər – ya həkim, ya da mühəndis işləyirlər».

Omar qorxudan əsl adını demir. O, qaçmağa çalışan bir neçə əcnəbi döyüşçü ilə birlikdə qalıb. Onların içində 20 yaşlı fransız da olub.

«Əcnəbilər cənnət eşqinə gəlirlər, ancaq reallığı görəndə sarsılırlar. İŞİD-də iyerarxiya var, əcnəbilər və suriyalılar da onun dibində yer alır». Omar hazırda Suriyanın sərhədində, Türkiyənin cənubunda qalır.

Onun dediyinə görə, xariciləri, heç döyüşmək təcrübəsi olmayanları cəbhə xəttinə göndərirlər, imtina edənləri öldürürlər.

Omar yapon jurnalist Kenji Goto ilə də qısa müddətə bir yerdə qalıb. Sonra Goto Rəqqadakı həbsxanaya köçürülüb, daha sonra başının kəsildiyini göstərən video yayılıb.

Omar indi də ağrılardan, qorxulardan əzab çəkdiyini deyir. O, küfr danışmaqda ittiham olunub, əvvəlcə 3 aylıq həbs alıb, sonra bu, ölüm cəzasıyla əvəzlənib.

Moldova Rusiya hərbçisi - 2012
Moldova Rusiya hərbçisi - 2012

Saxlandığı kamerada ona gündə bir dəfə yemək verilib. Kamerada qollarından asılaraq işgəncəyə məruz qoyulub, yaxın dostunun işgəncədən öldüyünü gözləri ilə görüb. Omar həbsxana darvazasından sivişib çıxdığını, yaxınlarının son ziyarətinə gəlmiş adamlara qarışdığını da nəql edib.

Böyük Britaniya azı 500 britaniyalının İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa getdiyini bildirir. Ancaq bu rəqəmin daha böyük, hətta 2 min olduğu söylənir.

RUSİYANIN NÖVBƏTİ HƏDƏFİ

«Wall Street Journal» Rusiyanın Moldovanın separatçı regionunda apardığı hərbi təlimdən yazır. Rusiya agentliklərinin məlumatına görə, Dnestryanı bölgədəki təlimlərdə 400 rus hərbçisi iştirak edib.

«Krımı anneksiya edəndən sonra Vladimir Putin Baltik dənizindən Qara dənizədək uzanan ərazini gözaltı edib və buranı imperiyasının bir hissəsi sayır. Cənab Putin moldovalılarla xəbərdarlıq göndərir ki, Qərbə inteqrasiya arzularından əl çəksinlər».

«Moskva onsuz da moldovalıları Qərblə yaxınlaşmaq niyyətinə görə cəzalandırıb, 2013-cü ildə şərabının, bir il sonra meyvəsinin idxalına qadağa qoyub... Son təlimlər isə elə bir təəssürat yaratmaq istəyir ki, cənab Putin bu dikbaş ölkəni tabe etdirmək üçün daha kəskin addım ata bilər. Qərbin belə bir hərəkətə reaksiyasının Ukraynadakından daha sərt olacağını düşünmək yaxşı olardı. Ancaq buna bel bağlamırıq», - müəllif yazır.

Michael Porter
Michael Porter

SOSİAL İNKİŞAF NƏYƏ LAZIMDIR

Michael Porter «Project Syndicate»də aprelin 9-da açıqlanmış Sosial İnkişaf İndeksinin əhəmiyyətini təsvir edir. Azərbaycan həmin indeksə görə 133 ölkə arasında 76-cıdır. Müəllifin fikrincə, iqtisadi inkişaf yüz milyonlarla adamı yoxsulluqdan çıxarsa da, iqtisadi inkişafa əsaslan insan inkişafı modeli yarımçıqdır. Əsas insan ehtiyaclarını ödəyə, vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdıra, vətəndaşları üçün imkanlar aça bilməyən cəmiyyət irəli gedə bilmir. Yəni, inklüziv inkişafa həm iqtisadi, həm də sosial proqres daxildir.

İndeks üzə çıxarıb ki, sosial proqres gəlirin artmasına bağlıdır. Məsələn, Norveç kimi varlı ölkələrdə yoxsul ölkələrə nisbətən daha yaxşı sosial nəticələr var. Ancaq o da üzə çıxıb ki, ÜDM sosial proqresi müəyyənləşdirən tək amil deyil. Məsələn, Kosta-Rika İtaliyadan daha yüksək sosial proqres əldə edib, baxmayaraq ki, ÜDM-si İtaliyanın ÜDM-sinin üçdə birinə bərabərdir. Yeni Zelandiya, Seneqal iqtisadi inkişafı Birləşmiş Ştatlar və Nigeriyadan daha uğurlu şəkildə sosial proqresə çevirə biliblər.

Müəllif yazır ki, Ruanda da sosial proqresə sərmayə qoyur – buraya gender bərabərliyi, on il ərzində uşaq ölümündə 61% azalma, ibtidai təhsilin 95%-ə çatdırılması daxildir.

«Coca-Cola», «Natura» kimi şirkətlər sosial investisiya strategiyalarında SPI indeksindən faydalanırlar.

XS
SM
MD
LG