Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37

Mədəniyyət işçilərinin maaşları artırılacaq


Dövlət Akademik Opera və Ballet Teatrı
Dövlət Akademik Opera və Ballet Teatrı
Gələn il mədəniyyət sahəsində çalışanların əməkhaqları qaldırıla bilər. Maliyyə Nazirliyinin şöbə müdiri Xəqani Rzayevin bildirdiyinə görə, 2007-ci ildə iki mərhələdə 600 minə yaxın adamın maaşının artırılması nəzərdə tutulur. Onların da böyük bir hissəsi mədəniyyət işçiləridir.

Noyabrın 1-də Milli Məclisin Mədəniyyət Məsələləri Daimi Komissiyasında gələn ilin büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsaitlə bağlı müzakirə zamanı cənab Rzayev bildirib ki, gələn il mədəniyyət xərcləri bu ildən 30 faiz artıq olacaq.


Millət vəkili Rəfael Hüseynov isə hazırda mədəniyyət sahəsində problemlər çox olduğundan, bu məbləğin də yetərli olmadığını düşünür.


Maliyyə Nazirliyinin nümayəndəsi isə əlavə edir ki, 2007-ci ilin dövlət büdcəsi parlamentdə təsdiqlənərkən minimum ehtiyac meyarı da artırılacaq. O, konkret rəqəm deməsə də, bu məbləğin hökumətdə razılaşdırıldığını bildirir. Cənab Rzayevin sözlərinə görə, mədəniyyət işçilərinin, tələbələrin, aspirantların və bəzi kateqoriyalardan olan şəxslərin əməkhaqlarının həmin ehtiyac meyarına yaxınlaşdırılması istiqamətində də addımlar atılacaq.


2007-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət və informasiya sahəsinə ümumilikdə 90,2 milyon manat vəsait ayırmaq nəzərdə tutulur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG