Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:21

Əfqanıstanda məhkəmə binasına hücum edilib, ölənlər var


Foto arxiv
Foto arxiv

Əfqanıstanın Məzari-Şərif şəhərində məhkəmə binasına hücum edilib.

Polisin AzadlıqRadiosuna verdiyi məlumata görə, 3 nəfər yaraqlı aprelin 9-da binaya soxulub və təhlükəsialik qüvvələri ilə atışma baş verib.

Nəticədə azı 5 nəfər ölüb polis əməkdaşları və mülki sakinlər də daxil olmaqla 55 nəfər yaralanıb.

Mətbuatın məlumatına görə, yaraqlılar hərbi geyimdə olub.

Bundan bir gün öncə isə Əfqanıstan əsgəri Calal-abad şəhərində atəş açaraq 1 ABŞ əsgərini öldürüb, bir neçəsini isə yaralayıb.

Birləşmiş Ştatların müdafiə naziri Ashton Carter bildirib ki, bu hücum göstərir ki, Əfqanıstan hələ də təhlükəli yer olaraq qalır və NATO qüvvələri bu ölkəni tərk etdikdən sonra yerli qüvvələrə kömək etmək üçün hələ çox işlər görülməlidir.

XS
SM
MD
LG