Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:17

Feminizm “kişi düşmənçiliyi” deyil...


-

"Qanun" nəşriyyatından 2 yeni kitab gəldi.

1. Dünya şöhrətli feminist yazarın kitabı Azərbaycan dilində!

Bell Hooksun “Feminizm Hər Kəs Üçündür” əsəri feminizmlə bağlı yanlış təsəvvürləri hədəf alır. Feminizmi “kişi düşmənliyi” olaraq tanıtmağa, bu fikri toplumlara aşılamağa cəhd edənlərin iddialarının nə qədər əsassız olduğunu vurğulamaq istəyir. O, feminizmin, “cinsi ayrı-eçkiliyə, cinsiyyətçi istismar və basqıya son verdirməyə çalışan bir hərəkat” olduğunu xatırladır. Bell Hooks bütün insanları cinsi ayrı-seçkiliklə mübarizəyə dəvət edir.

Tərcümə : Türkan Urmulu

2. “Ehtiyatlı qatil”in müəllifi James Hadley Chase triller janrının ustalarından hesab olunur.

Törətmədiyi cinayətə görə mühakimə olunmaq təhlükəsindən qorxaraq, Amerika ordusundan qaçıb İtaliyada gizlənən Devid Çizholm pasportu və pulu olmadığından ölkəsinə qayıda bilmir. O təsadüfən gözəl Laura ilə tanış olur və ona vurulur. Sən demə, Laura çox varlı, ancaq avtomobil qəzası nəticəsində tamamilə iflic olan Fançininin arvadıdır...

Devidin altı yüz min lirəlik var-dövlətə sahib olmaq şansı yaranır, bunun üçün Fançinini və onun qızını öldürmək lazımdır...

Tərcümə : Nadir Qocabəyli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG