Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 01:01

Bu gün axşam şeir 20-liyi elan ediləcək!

"Ədəbi-Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi-Azadlıq" müsabiqəsinin büllur prizləri

Mayın 18-də "Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyi elan olunacaq.

Şeir nominasiyasında 125 şair yarışır.

Onlardan ikisinin 1 şeiri qaydalarımıza zidd olaraq İnternetdə çap edildiyi üçün həmin şeirlər müsabiqədən kənarlaşdırılıb. Müəllifləri isə müsabiqədə 1 şeirlə iştiraka davam edir.

Şeir 20-liyindən 2 həftə sonra hekayə 20-liyi də elan olunacaq.

Hər kəsə uğurlar!

Mayın 4-də "Ədəbi Azadlıq-2015" müsabiqəsinə əsər qəbulu başa çatıb.

Bu il müsabiqəyə ötən ilkindən daha çox - 250-cən yazar qatılıb.

Yaxın günlərdə əsərlər toplanaraq münsiflərə göndəriləcək.

Təxminən 10 günə şeir nominasiyasında 20-lik elan ediləcək.

Daha sonra isə hekayə 20-liyi açıqlanacaq.

Hər kəsə uğurlar!

QAYDALAR

“Ədəbi Azadlıq-2015” müsabiqəsinə hər kəs qatıla bilər.

Amma müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar.

Əkrəm Əylisli ilk "Ədəbi Azadlıq" müsabiqəsində qalib olan Eyvaz Zeynalova mükafatı təqdim edir, 2010
Əkrəm Əylisli ilk "Ədəbi Azadlıq" müsabiqəsində qalib olan Eyvaz Zeynalova mükafatı təqdim edir, 2010

Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 12 min kompüter işarəsini keçməməlidir).

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Həm hekayə, həm də şeir nominasiyasında bütün mükafat sahiblərinə (1 dənə 1-ci, 1 dənə 2-ci və 2 dənə 3-cü mükafat) notebook hədiyyə ediləcək.

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Rüqəyyə Kəbiri
"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Rüqəyyə Kəbiri

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, münsiflərin hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq.

Bu isə həm müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Əvvəlki illərdə münsiflərimiz Azərbaycandan olurdusa, bu dəfə münsiflər heyəti beynəlxalq olacaq.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin sonunda açıqlanacaq.

("Ədəbi Azadlıq" müsabiqəsi yaranandan bəri fotolarda)

"Ədəbi Azadlıq" müsabiqəsi yaranandan bəri FOTOLARDA

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin şeir nominasiyasında qalibi Rüfət Əhmədzadə mükafatı Sabir Rüstəmxanlıdan qəbul edir.
1/20 "Ədəbi Azadlıq-2014" müsabiqəsinin şeir nominasiyasında qalibi Rüfət Əhmədzadə mükafatı Sabir Rüstəmxanlıdan qəbul edir.
"Ədəbi Azadlıq-2014" müsabiqəsinin hekayə nominasiyasında qalibi Şəhriyar del Gerani
2/20 "Ədəbi Azadlıq-2014" müsabiqəsinin hekayə nominasiyasında qalibi Şəhriyar del Gerani
"Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimi
3/20 "Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimi
"Ədəbi Azadlıq-2013" müsabiqəsinin qalibi Balayar Sadiq (sağda)
4/20  "Ədəbi Azadlıq-2013" müsabiqəsinin qalibi Balayar Sadiq (sağda)
"Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimi
5/20 "Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimi
"Ədəbi Azadlıq-2013" müsabiqənin seçmə yazılarının yer aldığı kitab
6/20 "Ədəbi Azadlıq-2013" müsabiqənin seçmə yazılarının yer aldığı kitab
"Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimi
7/20 "Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimi
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar "Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimində.
8/20 ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar "Ədəbi Azadlıq-2013" müsabiqəsinin mükafatlandırma mərasimində.
"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibləri, təşkilatçıları... 1 iyun 2012
9/20 "Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibləri, təşkilatçıları... 1 iyun 2012
"Ədəbi Azadlıq-2012" müsabiqəsi, mükafatlandırma mərasimi
10/20 "Ədəbi Azadlıq-2012" müsabiqəsi, mükafatlandırma mərasimi
"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Rüqəyyə Kəbiri (Hekayə nominasiyası)
11/20 "Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Rüqəyyə Kəbiri (Hekayə nominasiyası)
"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Elmar Şahmar (şeir nominasiyası)
12/20 "Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Elmar Şahmar (şeir nominasiyası)
"Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin qalibləri, təşkilatçıları
13/20 "Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin qalibləri, təşkilatçıları
"Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin seçmə yazılarının yer aldığı kitab
14/20 "Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin seçmə yazılarının yer aldığı kitab
"Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin qalibi Musa Əfəndi (solda) Amerika Xarici Yayım Şurasının üzvü Victor Ashe-dən mükafatı qəbul edir.
15/20 "Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsinin qalibi Musa Əfəndi (solda) Amerika Xarici Yayım Şurasının üzvü Victor Ashe-dən mükafatı qəbul edir.
"Ədəbi Azadlıq-2010" müsabiqənin 3-cü mükafatçısı Sevinc Elsevər mükafatı yazıçı Əkrəm Əylislidən qəbul edir.
16/20 "Ədəbi Azadlıq-2010" müsabiqənin 3-cü mükafatçısı Sevinc Elsevər mükafatı yazıçı Əkrəm Əylislidən qəbul edir.
"Ədəbi Azadlıq-2010" müsabiqənin onluğuna 2 hekayəsi düşmüş Sahilə İbrahimova (solda) prizini Azadlıq Radiosunun redaksiyasında qəbul edir.
17/20 "Ədəbi Azadlıq-2010" müsabiqənin onluğuna 2 hekayəsi düşmüş Sahilə İbrahimova (solda) prizini Azadlıq Radiosunun redaksiyasında qəbul edir.
"Ədəbi Azadlıq-2010" müsabiqənin qalibi Eyvaz Zeynalov mükafatı yazıçı Əkrəm Əylislidən qəbul edir.
18/20 "Ədəbi Azadlıq-2010" müsabiqənin qalibi Eyvaz Zeynalov mükafatı yazıçı Əkrəm Əylislidən qəbul edir.
"Ədəbi Azadlıq-2010" müsabiqəsinin münsifi Rafiq Tağı və koordinatoru Rövşən Qəmbərov (solda)
19/20 "Ədəbi Azadlıq-2010" müsabiqəsinin münsifi Rafiq Tağı və koordinatoru Rövşən Qəmbərov (solda)
"Ədəbi Azadlıq-2010" müsabiqəsi, mükafatlandırma mərasiminin qonaqları
20/20 "Ədəbi Azadlıq-2010" müsabiqəsi, mükafatlandırma mərasiminin qonaqları
Öncəki slayd
Növbəti slayd

XS
SM
MD
LG