-
“Yazı” ədəbiyyat dərgisinin 13-cü sayı işıq üzü gördü.
“Bir kitab şeir” rubrikasında oxucular Şəhriyar del Geraninin, poeziya bölümündə isə Könül Həsənqulu, Məmməd İlqar, İsfəndiyar Əhmədli, Esmira Məhiqızı, Elnur Astanbəyli, Ruzbeh, Cavanşir Muradlının şeirlərini oxuya biləcəklər.
“Yazıçının arxivindən” bölümündə mərhum yazıçımız Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının əvvəli verilib. “Həsr” bölümündə daha sonra Kənan Hacının “Fironun dəftəri” romanının sonu, Əjdər Ol, Mübariz Örən, Mövlud Mövlud, Həmid Piriyev, Oğuz Ayvaz, Xan Abdulla, Azad Qaradərəlinin hekayələri dərc edilib.
“Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinə həsr olunub. Burada Vəli Efe, Sərvər Kamranlı, Sevil İşıq, Zaur Sahil, Zamiq Mehdisoy, Günay Həsənli, Dəniz Pənah, Gültən Qədirlinin yazıları ilə tanış olmaq olar.
“Çevirmə” başlığında Nobel ödülçüsü Mario Varqas Lyosanın “Su içində balıq kimi” romanından parçalar, Ataol Bəhramoğlu, Fərrux Fərruxzad, Herman Hesse və özbək ədəbiyyatından (Fərqanə məktəbi) çevirmələr dərc olunub.
“Güney sovqatı” rubrikasında Kiyan Xiyav və Ramin Cahangirzadənin yazıları yer alıb.