Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Bakı Gül Bayramına hazırlaşır- [fotolar]


Azerbaijan. Baku. Heydar Aliyev park
Azerbaijan. Baku. Heydar Aliyev park

.

Tələbə Adil Əmirlini aprelin 7-də Bakıda polis saxlayıb yolundan geri qaytarır. Adilin yolu Heydər Əliyev Sarayının qarşısındakı parkdan keçir. Ancaq ayın əvvəlindən parka giriş qadağandır. Polis deyir ki, keçmək olmaz. Gənc oğlan səbəbini soruşur. Polis cavabında “olmaz, burda Gül Bayramına hazırlıq gedir” söyləyir.

Keçiddən də keçmək olmaz

Səbəb mayın 10-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçiriləcək Gül Bayramına hazırlıqdır. Yaxınlıqdakı yeraltı keçidin də parka girişi bağlanıb, ordan keçmək istəyənlər də geri qayıtmalı olur. İşə tələsən Arif Məmmədov deyir ki, keçiddən keçə bilmədiyi üçün maşın yolundan keçməli olacaq:

- Keçidi bağlamaq nə deməkdir? Bu bizim hüququmuzun pozulmasıdır... Belə olmaz axı. Keçidin adı var, ke-çid. Yəni insanların keçməsi üçün yer. Sən dur keçidi də bağla...

Heydər Əliyev parkı (7 aprel 2015)
Heydər Əliyev parkı (7 aprel 2015)

​Heydər Əliyevin heykəlinə doğru nərdivan uzanıb. Görünür, heykəlin ətrafı xüsusi bəzənəcək. Ötən illərdə olduğu kimi yenə də parkda iki ağ çadır qurulub. Bu, bayrama hazırlıq qərargahı sayılır. Fəhlələr deyir ki, burda hansı işi necə görəcəkləri ilə bağlı məsləhətləşmələr aparılır, göstərişlər verilir.Gül Bayramının keçiriləcəyi bağ qadağan lentləri ilə əhatələnib. Kənarda dayanmış yük maşınından dekorasiyalar boşaldılır.

Parkda ağ zanbaqlar görünür. Adının çəkilməsini istəməyən işçilərdən biri deyir ki, hazırda onlar dekorasiyaları quraşdırmaqla məşğuldurlar. Mayın 10-a bir neçə gün qalmış bura milyonlarla gül gətiriləcək.

İndidən niyə parkı bağlayrlar?

Parka girə bilməyənlər isə baş verənləri kənardan izləyirlər. Onlar indidən parkın bağlanmasına təəccüblənirlər.

Müstəqil iqtisadçlar isə bu cür tədbirlərin korrupsiya və israfçılıq mənbəyi olduğunu bildirirlər.

“Ayrılan vəsait 10 milyon manatlarla ölçülür”

İqtisadçı Məhəmməd Talıblı deyir ki, manatın devalvasiyasından sonra hökumət ölkə iqtisadiyyatında baş verəcək tənəzzül elementlərini aradan qaldırmaq əvəzinə əlavə populist layihələrə vəsait xərcləməyi üstün tutur:

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

“Belə layihələrdən biri də Gül Bayramıdır. Bu layihələr büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə gətirib çıxarır. Konkret olaraq bir neçə günü əhatə edəcək bu tipli tədbirləri həyata keçirməmək heç bir problem yaratmaz. Hansısa il bir milyon ədəd gül gətirilir, hansısa il bir az artıq, bir az çox olur. Amma hər bir halda ayrılan vəsait 10 milyon manatlarla ölçülür.”

Bakı şəhər İcra Hakimiyyəti isə Gül Bayramına nə qədər pul xərclədiyini açıqlamır. Elə şəhər icra hakimiyyətindən bu ilki hazırlıqlar, nə qədər gülün gətiriləcəyi, nə qədər vəsaitin xərclənəcəyini soruşmaq istədik. Ancaq telefon zənglərimizə cavab verən tapılmadı.

Bakıda 2004-cü ildən Heydər Əliyevin ad günü belə təntənə ilə qeyd olunur. Prezident İlham Əliyev və ailə üzvləri mayın 10-da buraya gəlib güllərə tamaşa edəndən sonra park sakinlərin də üzünə açılır. Mayın 10-u axşam isə adətən Bakı bulvarında konsert və atəşfəşanlıq da olur.

Bayramdan bir-iki gün sonra isə müxtəlif ölkələrdən gətirilən bahalı gülləri şəhər sakinləri öz aralarında necə gəldi bölüşdürürlər. Bəzən bahalı güllər ayaqlar altında qalıb korlanır. Məsələn, keçən il bayramdan az sonra bu mənzərə yaranmışdı:

Gül Bayramından 4 gün sonra...
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG