Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 22:10

İqtisadçı manatın taleyi ilə bağlı 3 ssenaridən danışır


Arxiv fotosu
Arxiv fotosu

-
Son günlər dollar manata nisbətən möhkəmlənməkdə davam edir, məzənnəsi artır. İqtisadçı ekspert Samir Əliyev manatın məzənnəsindən gözləntiləri barədə AzadlıqRadiosuna danışıb:

- Samir bəy, son günlərdə manat bir qədər də ucuzlaşdı. Bunu necə dəyərləndirirsiz? Manatın ikinci devalvasiyası gözlənirmi?


- Mən Mərkəzi Bankın məlumatlarına baxıram, aprelin 2-dən manatın qiyməti bir az da ucuzlaşıb. Ayın 2-də 1 manat 1. 0485 idisə, bu gün aprelin 7-də 1.0496-dır. Təxminən 0,1 qəpik bahalanıb. Bu elə də böyük bahalanma deyil. Həmin rəqəm Mərkəzi Bankındır və son 4 gündə dolların bahalaşması tendensiyası davam edir. O ki qaldı, manatın təkrar devalvasiyasına, manatın kursu birbaşa neftin qiymətindən asılıdır. Məncə, manatın taleyi ilə bağlı üç ssenari ola bilər.

Birincisi odur ki, neft bahalanır və qiymət 70 dolları ötür. Bu ehtimal çox azdır. Ancaq zəif də olsa, bu ehtimal var və bu halda manat nəinki sabitləşəcək, hətta dollara münasibətdə bir qədər bahalaşa bilər. Yox əgər neftin qiyməti 30-40 dollar səviyyəsinə düşərsə, ilin sonuna doğru Azərbaycanda ikinci devalvasiya qaçılmazdır.

Məncə, ikinci devalvasiya ən azı 20 faiz civarında olacaq.

Üçüncü ssenariyə baxaq. Manat indiki səviyyədə qalır. Bu halda ilin sonuna kimi manatın yumşaq devalvasiyası gedə bilər. Mənim proqnozlarıma görə, bu halda manat ilin sonunadək ən azı 10 faizədək ucuzlaşa bilər.

- Son günlər baş verənləri də «yumşaq devalvasiya»​ adlandırmaq olarmı və bu prosesi Mərkəzi Bank tənzimləyir ya bazar özü?

- Buna yumşaq devalvasiya demək olar... Azərbaycanda manatın məzənnəsini bazar tənzimləmir, Mərkəzi Bank tənzimləyir. Bizdə valyuta bazarı formalaşmayıb. Fevraldan başlayaraq bivalyuta səbəti tətbiq etməyə başlayıblar. Həmin səbət dollar və avrodan ibarətdir, orda əmsal müəyyənləşdirirlər, məsələn 3 faiz. Mərkəzi Bank bu nisbəti açıqlamır. Sadəcə, dolların üstünlüyə malik olduğu deyilir. Bu nisbət ola bilsin 90-nın 10-adır, ola bilsin 80-nin 20-yədir. Hətta 70-in 30-a da ola bilər, çox ola bilməz. Bu səbət bizdə işləmir, bizdə fiksə edilmiş kurs götürülür. Hələlik manata təzyiqlər var. Bu təzyiqi yaradan səbəb bir tərəfdən neft amilidirsə, o biri tərəfdən əhali əlindəki və banklardakı manatı dollara çevirməyə davam edir. Bu da manata təzyiqi artırır, dollar alışı artır. Mərkəzi Bank isə kursu maksimum əlində saxlamağa çalışır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG