Keçid linkləri

2025, 19 Dekabr, Cümə, Bakı vaxtı 17:33

AzadliqLive TV 6-12 aprel

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

Bakıdan Londona uçan təyyarədə yanğın baş verib

Bakıdan Londona uçan sərnişin təyyarəsi havaya qalxandan dərhal sonra geri qayıtmalı olub. Bu haqda xəbər verən AzərTAC-ın məlimatında deyilir ki, “British Airways” şirkətinə məxsus “Aerobus-321” tipli təyyarə havaya qalxandan 11 dəqiqə sonra gəmi kapitanı dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib. Bildirilir ki, geri qayıtmalı olan Aerobus Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi enişi uğurla həyata keçirib, onun göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb. Hadisə Bakı vaxtilə axşam saat 9 radələrində baş verib.

APA xəbər verir ki, sərnişinlərindən 36 nəfəri “Lufthansa” şirkətinin təyyarəsi ilə Londona yola salınıb, yerdə qalanlar isə mehmanxanalara yerləşdirilib ki, ertəsi gün yollarına davam etsinlər. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli agentliyə bildirib ki, təyyarədə olan texniki nasazlığı aradan qaldırmaq üçün Londondan ehtiyat hissəsi gətirilməlidir.


Bakıda yanğın (Ətraflı burada oxu)

Bakıda təqsirləndirilən şəxsin qulağı kəsilib

Vəkil Elmar Süleymanov aprelin 10-da Nərimanov rayon məhkəməsində qəribə hadisə ilə qarşılaşdığını deyir. Vəkil müdafiə etdiyi şəxsin - Hünər Cəfərovun halının özündə olmadığını görüb. Hakim Turqay Hüseynov da müttəhimdən nə baş verdiyini soruşub:

“Hakim soruşdu ki, “nə olub?” Prokuror da dedi ki, qulağı kəsilib. Əvvəlcə inanmadıq. Sonra baxıb gördüm ki, sağ qulağının üst tərəfi yoxdur. Ya bıçaqla, ya da ülgüclə kəsilmişdi. Ancaq yara bağlanmışdı. Yəqin ki, 3-4 gün bundan əvvəl olub. Çünki aprelin 2-də mən onunla görüşəndə belə şey yox idi. Soruşdular ki, bunu kim eləyib? Dedi bilmir”.

33 yaşlı Hünər Cəfərov bu ilin martında narkotik maddə satışı ittihamı ilə tutulub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

Aprelin 10-da keçirilən məhkəmə prosesi isə vəkilin müdafiə etdiyi şəxslə görüşə icazə verilməməsindən şikayətlə bağlı olub.

Elmar Süleymanov müdafiə etdiyi şəxsin başına gələnlərlə bağlı Ombusdmana şikayət edib. Ombudsman Aparatından Hünər Cəfərovla görüşəcəklərinə söz veriblər.

Penitensiar Xidmət İdarəsindən AzadlıqRadiosu-na bildiriblər ki, hadisəylə bağlı onlarda heç bir məlumat yoxdur

AzadliqLiveTV-nin forumunda yazırlar

Emil Rustamov yazır ki, Azərbaycanlıların İŞİDa qoşulmasının əsas səbəbi işsizlikdir. "Zavod yox, fabrik yox. Hər yerdə məmur özbaşınalığı və inhisarçılıq. Cavanlar işsizlikdən narkomaniya, oğurluq və daha pis əməllərə qoşulurlar. "Azərbaycanın çox güclü iqtisadiyatı var deyənlər " xalqı aldadırlar" - yazır Emil.

Sənin də fikrin bizə maraqlı olardı. Buradan foruma daxil olub yaz və ya hazır cavabların təklif olunduğu SORĞUda iştirak et.

Davamı

XS
SM
MD
LG