Aprelin 8-də AzadliqLiveTV işini başa vurur
Bizim proqramı və canlı bloqu izləyənlərə təşəkkür edirik. Aprelin 9-da olan mövzularla tezliklə görüşünüzdəyik. Bizə mövzu təklifin varsa, bloqun aşağısında, şərh hissəsinə və ya Facebook səhifəmizə yaz, e-mail göndər azadliq@rferl.org
Dünən, aprelin 8-də AzadliqLiveTV-ni qaçıranlar üçün mövzuları təkrar edirik (proqrama burada bax)
Avropa, insan haqlari ilə bağlı Bakıya yenidən nümayəndə göndərir
Bakının Xəzər sahilində Yeni bulvar.
AzadlıqLİVE-də günün sualı belə idi – Qarabağ danışıqları uzun fasilədən sonra yenidən bərpa olunur. Problemin həllinə mane olan nədir?
Mövzu ilə bağlı SORĞUda da təşkil etmişdik (BU LİNKDƏ) . Orada səsvermənin hazır cavablarından birini seçmək olar. Facebook-dakı müzakirələrlə burada tanış ol
Rusiyada atom sualtı qayığında yanğını belə söndürüdülər
Arxangelskdə "Oryol" hərbi atom qayığının yedəyində yanğın baş verəndə su şırnaqların ehtiyyac qalmayıb. Dokda təmirdə olan gəmini suyun dibinə salmaqla alovun qarşısını alıblar. Atom rekatorunun söndürüldüyü bildirlir. Ən yeni xəbərləri AzadliqLiveTV-də izlə.
Azərbaycanın Qarabağ siyasətinə neçə bal qiymət verərdin
AzadliqRadiosuTV-nin gündəlik AzadliqLive proqramında Moskvadakı Qarabağ danışıqlarını müzakirə edirik. Saytda bununla bağlı sorğu da keçiririk. Axşam saat 6.30-a olan nəticələrdə hakimiyyətə ən aşağı qiymət verənlər üstünlük təşkil edirdi. Sən də səs verib öz fikrini bildir.
Qız qalasından hoppanıb Avropa oyunlarını pozmaq (250+)
Kim məni inandıra bilər ki, Qız qalasında özünü atan ofisiant bunu təsadüfən Avropa oyunlarına 200 gün qalmış gündə və bu günün qeyd olunduğu məkanda edir? Axı inandırsalar da, inanmaram. Bu fikirləri jurnalist Mirşahin səsləndirir. Zirə qarpızı onunla razıdır. Ətraflı videoda (3-30-dan sonra)