Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

Əli Kərimlinin iddiası üzrə qərar noyabrın 2-də çıxarılacaq


«Hakimiyyət AXCP sədrinin xarici səfərlərinin qarşısını almaq istəyir»
«Hakimiyyət AXCP sədrinin xarici səfərlərinin qarşısını almaq istəyir»
Noyabrın 2-də Nəsimi Rayon Məhkəməsi AXCP sədri Əli Kərimlinin Nəsimi Rayon Prokurorluğuna qarşı iddiasıyla bağlı qərarını elan edəcək. Bu haqda hakim Məhəmməd Zülfüqarlı noyabrın 1-dəki məhkəmə prosesində məlumat verdi.

AXCP sədri Əli Kərimli Nəsimi Rayon Prokurorluğunu onun hüquq və azadlıqlarını pozduğuna görə məhkəməyə verib. Cənab Kərimli iddia edir ki, Nəsimi Rayon Prokurorluğu 1994-cü ildə qanunsuz silah saxlamayla bağlı haqqında açdığı cinayət işini bağlamadığına görə Daxili İşlər Nazirliyinin (DİN) Pasport və Qeydiyyat İdarəsi ona ümumvətəndaş pasportu vermir.


Noyabrın 1-də keçirilən məhkəmə prosesində AXCP sədrinin vəkili Tofiq Quliyev bildirdi ki, müdafiə etdiyi şəxsə yeni pasport verilməməsi əsassızdır. Çünki beş il əvvəl Ə.Kərimliyə ümumvətəndaş pasportu verilib. Vəkil hesab edir ki, indi cinayət işinə görə, pasport verilməməsi bəhanədir, hakimiyyət bununla AXCP sədrinin xarici ölkələrə səfərlərinin qarşısını almaq istəyir. Nəsimi Rayon Prokurorluğu isə iddianı qəbul etmədiyini bildirdi.


Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev məsələylə bağlı bildirdi ki, əslində, pasporta görə prokurorluqla Əli Kərimli arasında heç bir mübahisə yoxdur. Onun sözlərinə görə, pasportu AXCP sədrinə Daxili İşlər Nazirliyi verməlidir, prokurorluq yox. DİN isə öz növbəsində bəyan edir ki, Ə.Kərimliyə yeni pasport sözügedən cinayət işi bağlanandan sonra verilə bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG