Abbas Lisaninin ailə üzvlərinin bildirdiyinə görə, təhlükəsizlik əməkdaşları onun həbsinə şifahi şəkildə belə izahat verməyiblər. Agentlərdən biri onun Apellyasiya Məhkəməsinə ünvanlandığı məktuba işarə olaraq, Ərdəbilin imam cüməsi ilə ehtiyatla davranmalı olduğunu demişdi. Həmin məktubda Abbas Lisani İmam Cümə Seyid Hüseyn Amilini «anti-türk faşisti» adlandırmışdı.
Abbas Lisani Ərdəbil həbsxanasında 115 gün saxlandıqdan sonra sentyabrın 26-da zaminə buraxılmışdı. O, may ayında «İran» qəzetinin azərbaycanlıları təhqir edən karikaturalarına etiraz olaraq keçirilən aksiyalara rəhbərlik ittihamı ilə 16 ay həbs və 50 şallaq cəzasına məhkum edilmişdi. Lakin cənab Lisani Ərdəbil Məhkəməsinin bu hökmünə etiraz edərək apellyasiya vermişdi və bu instansiyanın qərarını gözləyirdi.
Hazırda Abbas Lisaninin harada saxlandığı bilinmir.