Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 18:12

Türkiyədə superliqa və kubok oyunları təxirə salınıb


Foto arxiv

Türkiyə superliqasında həftəsonu keçirilməli olan 27-ci turun görüşləri və kubok oyunları bir həftəlik təxirə salınıb.

Belə bir qərar Türkiyə Futbol Federasiyası və klub rəhbərlərinin aprelin 6-da keçirdikləri toplantıda qəbul edilib.

Toplantıda millinin baş məşqçisi Fatih Terim də iştirak edib.

Oyunların təxirə salınmasına səbəb ötən turda "Rizəspor" - "Fənərbaxça" oyunundan (1:5) sonra qonaqların avtobusunun silahlı basqına məruz qalması olub.

XS
SM
MD
LG