Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:42

Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələri arasında görüş başlayıb


Sergei Lavrov
Sergei Lavrov

Moskvada Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqların 2-ci mərhələsi keçirilir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, aprelin 6-da başlayan danışıqlar 3 gün davam etdiriləcək.

O bildirib ki, indiki danışıqlarda, bu ilin yanvarında Moskvada keçirilən 1-ci görüşdəkindən daha çox müxalifət təmsilçiləri iştirak edir.

Lavrov qeyd edib ki, müxalifətdə olan milli koalisiya yenə də görüşə qatılmaqdan imtina edib, amma onlar koalisiyanın İstanbuldakı rəhbərliyi ilə yaxından əlaqə saxlayırlar.

Böyük Britaniyada fəaliyyət göstərən suriyalı hüquq müdafiəçilərin məlumatına görə, 2011-ci ilin martından bu yana Suriyada 130 mindən çox adam öldürülüb.

XS
SM
MD
LG