Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

Obama: “İran sazişi “həyatda bir dəfə” ələ düşən imkandır”


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama deyir ki, İranla çərçivə nüvə anlaşması Tehranın nüvə silahı hazırlamasını əngəlləmək və Yaxın Şərqə təhlükəsizlik gətirmək üçün “həyatda bir dəfə ələ düşən imkandır”.

Obama aprelin 5-də “The New York Times” qəzetinə müsahibəsində deyib ki, sərt iqtisadi sanksiyaların yumşaldılması əvəzində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan sazişin potensial faydası risklərdən qat-qat çoxdur.

İranla dünyanın 6 fövqəldövləti aprelin 2-də İsveçrədə çərçivə sazişi əldə ediblər. Yekun saziş isə iyunun 30-dək tamamlanmalıdır.

Obama deyib ki, İsrailin İranın nüvə proqramından narahat olmaq hüququ var, ancaq Vaşinqtonun “İsraili müdafiə siyasəti dəyişməz qalır”.

XS
SM
MD
LG