Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 07:25

Yəmən: Şiə huti qiyamçılar Ədən şəhərini ələ keçirirlər

Yəməndəki şiəməzhəb huti qiyamçılar Səudiyyə Ərəbistanın onlara qarşı hava zərbələrinə baxmayaraq ölkənin “ikinci paytaxtı” – cənubdakı Ədən şəhərini ələ keçirməkdə davam edirlər.

Hazırda qiyamçılarla prezident Abdrabbuh Mansour Hadi-yə sadiq qüvvələr arasında qızğın döyüşlər gedir.

Bu arada xarici ölkələr Yəməndəki vətəndaşlarını evakuasiya edirlər.

Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası Qırmızı Xaçın Yəmənə humanitar yardım gətirməsinə imkan yaradacağını vəd edib.

Ötən şənbə Qırtmızı Xaç Ədəndə 24 saatlıq atəşkəsə çağırış etmişdi.

Xəbər verilir ki, martın 26-dan bəri Yəməndəki zorakılıqlarda 185 nəfər həlak olub.

Hutilər bildirirlər ki, onların tələbi prezident Hadi hökumətinin rəsmi istefasıdır.

Qiyamçıları keçmiş prezident Ali Abdullah Saleh-in tərəfdarları dəstəkləyirlər.

Saleh “Ərəb baharı” zamanı devrilmişdi.

This item is part of
XS
SM
MD
LG