-
2050-ci ilədək dünya əhalisi arasında müsəlmanlarla xristianlar ilk dəfə olaraq sayca bərabərləşəcək
Yeni tədqiqatın gəldiyi nəticəyə görə, 2050-ci ildə ateist, aqnostik və din ətrafında birləşməyənlər dünya əhalisinin çox kiçik bir hissəsini təşkil edəcəklər.
Tədqiqatı Pew Elmi Tədqiqat Mərkəzi aparıb. Bildirilir ki, ABŞ və digər Qərb ölkələrində dinə bağlı olmayan insanların sayı artsa da, dindar qruplar da getdikcə böyüməyə başlayır. 2050-ci ildə ümumi dünya əhalisinin sayı indiki 6,9 milyarddan 9,3 milyarda çatacaq.
MÜSƏLMANLAR ABŞ VƏ AVROPADA DA ARTACAQ
Araşdırmanın gəldiyi nəticəyə görə, digər böyük dini icmalarla müqayisədə İslam dini daha sürətlə yayılacaq. Bildirilir ki, 2050-ci ildə dünya əhalisi arasında müsəlmanlar və xristianlar ilk dəfə olaraq sayca bərabərləşəcək. Müsəlman və xristian əhali artımının böyük hissəsi Afrikada qeydə alınacaq. Avropa və ABŞ-da da müsəlmanların sayı artacaq.
Məsələn, Avropada əhalinin 10 faizini müsəlmanlar təşkil edəcək. ABŞ-da isə müsəlmanlar hazırki 0,9 faiz göstəricini aşaraq 2,1 faiz olacaqlar. Bu isə ABŞ-dakı yəhudi əhalisindən daha çox deməkdir.
Böyük dini icmalar arasında yeganə Buddizmin 2050-ci ildə genişlənəcəyi gözlənmir. Buna da səbəb Çin və Yaponiya kimi ölkələrdə doğum faizinin aşağı olmasıdır.