Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:54

-

Rusiyanın istintaq orqanları bu yaxınlarda qətlə yetirilən müxalif siyasətçi Boris Nemtsov-un uşaqlarını zərərçəkən kimi tanıyıb.

Bu barədə Nemtsov-un ailəsinin vəkili Vadim Prokhorov məlumat verib.

Onun dediyinə görə, Nemtsov-un qızı Zhanna-nın maraqlarını daha bir vəkil müdafiə edəcək.

Vəkil hesab edir ki, qətlin sifarişçiləri apardıqları piar kampaniyası ilə işi dağıtmağa çalışırlar.

Hazırda Nemtsov-un qətlində şübhəli bilinən çeçenəsilli 5 nəfər tutulub. Onlardan biri Zaur Dadayev istintaqda qətli törətdiyini söyləsə də, məhkəmədə bu ifadəni təzyiq altda verdiyini bəyan edib.

Nemtsov fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. O, Putin-in sərt tənqidçisi kimi tanınıb.

Mərhum siyasətçinin 4 uşağı var idi.

XS
SM
MD
LG