Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:09

İran prezidenti: Tehran “cığallıq etməyəcək”


İran prezidenti Hassan Rohani
İran prezidenti Hassan Rohani

Hassan Rouhani televiziya ilə müraciətində əmin edib ki, onun ölkəsi 6 güclə imzalanmış ilkin razılaşmanın şərtlərinə əməl edəcək

İran prezidenti Hassan Rouhani əmin edib: onun ölkəsi 6 güclə imzalanmış ilkin razılaşmanın şərtlərinə əməl edəcək, bir şərtlə ki, bu ölkələr də şərtlərə əməl etsinlər.

“Dünya bilməlidir ki, biz cığallıq etmək niyyətində deyilik” – deyib prezident xalqa televiziya ilə müraciətində.

Lakin cənab Rouhani xəbərdarlıq edib ki, “bir gün bu ölkələr başqa yol seçsələr, İranın da başqa variantları olacaq”.

Əldə olunmuş ilkin razılaşma çərçivəsində İran özünün nüvə proqramını məhdudlaşdırmalı və bunun müqabilində onun üzərindəki sanksiyalar qaldırılmalıdır.

Hassan Rouhani bir daha əmin etməyə çalışıb ki, Tehranın nüvə ambisiyaları dinc məqsədlər daşıyır.

İran prezidentinin sözlərinə görə, razılaşma, onun ölkəsinin bütün dünya ilə əməkdaşlıq edə bildiyini nümayiş etdirib.

O bildirib ki, İran “ikiüzlü” deyildir və P5+1 ölkələri – ABŞ, Fransa, Britaniya, Rusiya, Çin, habelə Almaniya da eyni yolu tutsalar, İran da hər hansı “yekun sazişə” hörmət göstərəcək.

İranın nüvə haqqı tanınıb

Hassan Rouhani bunu da əlavə edib ki, bu razılaşma ilə dünya İranın nüvəni zənginləşdirmək haqqını tanıyıb.

“Bu gün bizi İran xalqının yaddaşına yazan gündür” – deyib prezident, - Bəziləri düşünürlər ki, biz dünya gücləri ilə ya vuruşmalı, ya da onlara təslim olmalıyıq. Bizsə deyirik ki, bizə bunların heç biri lazım deyil, çünki üçüncü bir yol var: Biz dünya ilə əməkdaşlıq edə bilərik”.

İranın ali rəhbəri ayətullah Ali Khamenei hələlik cümə axşamı imzalanmış razılaşma barədə fikir söyləməyib, lakin onun ətrafındakı bəzi mühafizəkarlar mənfi münasibətlərini gizləməyiblər.

İranın “yəhərli atı”

Ayətullah Khamenei-nin müşavirlərindən biri, nüfuzlu “Keyhan” qəzetinin redaktoru Hossein Shariatmadari deyib: “Çərçivə razılaşmasını bir cümlə ilə ifadə etmək olar: İran yəhərli atını verib, əvəzində sınıq üzəngi alıb”.

Bir sıra təhlilçilər bildirilər ki, İranın ali rəhbəri sözünü çoxdan deyib və danışıqlara da, sazişə xeyir-duasını verib.

Əldə olunmuş razılaşmaya əsasən İran indi öz sentrifuqlarının sayını azaldaraq 5060 dəstə endirməlidir.

Fordo yeraltı nüvə zavodu fəaliyyətini davam etdirəcək, lakin uranın zənginləşdirilməsi prosesini dayandıracaq.

Tehran nə verir, nə alır?

Tehran həmçinin öz zənginləşdirilmiş uran materialını qarşıdan gələn 15 ildə 10 tondan 300 kiloqramadək azaltmalıdır.

Arakda tikilməkdə olan ağır su reaktorunun sxemi dəyişdiriləcək və o, aşağı dərəcəli plutonium istehsalına uyğunlaşdırılacaq.

Bütün bunların müqabilində BMT-nin, ABŞ və Avropa İttifaqının İran üzərindəki sanksiyaları, habelə bir sıra qadağaları mərhələ-mərhələ qaldırılacaq.

Lakin bunun üçün Beynəlxalq Atom Energetikası Agentliyi İranın öz vədlərinə əməl etməsini təftişlər vasitəsilə yoxlayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG