Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

Terroçular Keniyadakı universitetdə 147 nəfəri öldürüb


Keniyada tibb işçiləri yaralı tələbəyə yardım edirlər. 2 aprel 2015
Keniyada tibb işçiləri yaralı tələbəyə yardım edirlər. 2 aprel 2015

.

"Silah səsləri eşidiləndə biz yatırdıq. Hardasa səhər saat 5 idi. İnsanlar canlarını qurtarmaq üçün qaçmağa başladı. Təəssüflər olsun ki, silahlılar elə onların qaçdığı tərəfdə idi".

Ötən gün terror olan Garissa universitetinin tələbəsi hadisəni belə təsvir edib.

İslamçı əş-Şəbab qruplaşmasının silahlıları aprelin 2-də Keniyanın şərqindəki Garissa universitetinin tələbə şəhərciyinə hücüm edib.

HADİSƏ ZAMANI 147 NƏFƏR ÖLDÜRÜLÜB...

"The New York Times" yazır ki, terrorçular müsəlman tələbələri sərbəst buraxıb, xristianları girov götürmüşdü. Xiristian və müsəlmanları ayırmaq üçün terrorçular tələbələrə “Quran”dan suallar veriblər. 147 nəfər tələbə öldürüldüb.

Hadisədən sağ çıxanlar təsvir edirlər ki, səhər ala-qaranlıqda silah səsləri eşidilib, terrorçular universitetin şəhərciyinə daxil olublar.

Bu, 1998-ci ildə ABŞ səfirliyinə bomba basqınından bəri Keniyada törədilmiş ən ağır terror hadisəsidir.

TERRORÇULAR ÖLDÜRÜLÜB...

Keniya hüquq mühafizə orqanları 15 saatlıq əməliyyat keçirib. Keniyanın daxili işlər naziri Joseph Nkaissery bildirib ki, vəziyyət nəzarətə alınıb:

“Bu Keniya üçün ağır gündür. Terrorçular 147 nəfər gənci aprelin 2-də səhər əməliyyat başlamazadan öncə öldürüblər. Mən bütün keyanlılara bildirmək istəyirəm ki, əməliyyat uğurla yekunlaşıb. Bütün terrorçular məhv edilib”.

GARİSSA UNİVERSİTETİ NİYƏ HƏDƏF SEÇİLİB?

Əş-Şəbab qruplaşması Somali sərhədinin 200 kilometrliyində yerləşən Kenya universitetinin şəhərciyinə hücuma görə məsuliyyətini üzərinə götürüb.

Hadisədən bir qədər sonra əl-Şəbabın sözçüsü Ali Mohamoud Raghe səsli mesajında bildirib ki, hücum xristian dövlətinin Keniyanı işğal etməsinə görə edilib. Universitetin hədəfə alınmasına gəlincə, əl-Şəbab burada xeyli xristiana təhsil verildiyini əsas göstərib:

"Keniyanın əsasən somalilər yaşayan hissəsi – müsəlman torpaqları xristianların əsarətdədir. Bu universitet onların xristianlığı və yalanlarını yaymaq planlarının bir hissəsidir".

HÖKUMƏT TƏHLÜKƏ YOXDUR DEYİR, VƏTƏNDAŞLARSA...

Polis bəyan edib ki, Somali ilə həmsərhəd dörd vilayətdə komendant saatı elan edilib.

Bu hadisədən sonra bəzi ölkələr vətəndaşlarını Keniyaya səfər etməməyə çağırıb. Keniya prezidenti hər hansı təhlükənin olmadığını, vəziyyətin nəzarətdə olduğunu bəyan edib.

Keniyalılarsa hökuməti bu cür silahlı qruplaşmarın hücumu təhlükəsindən vətəndaşları qorumamaqda gunahlanıdırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG