Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Voleybola görə həbs olunmuş qadın əfvə düşdü


Ghoncheh Ghavami
Ghoncheh Ghavami

-

Ötən il Tehranda həbs olunmuş İran əsilli britaniyalı qadın əfv edilib. O, qadınların kişilərlə birlikdə stadiona getməsinə qadağaya etirazına görə həbs olunmuşdu.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü aprelin 2-də Ghoncheh Ghavami-nin əfvini alqışlayıb. Ancaq qadının “hələ də səyahət qadağası altında olmasından” narahatlıq bildirilib.

Ghavami-nin qardaşı Iman Ghavami “The Guardian” qəzetinə deyib ki, bacısı cəzasının qalan yeddi ayından azad edilib və həbsxanaya qayıtmayacaq.

26 yaşlı Ghavami ötən iyunda saxlanıb və həbs olunub. O, Tehranda kişilərin voleybol yarışına getməyə cəhd göstərib. Tehran məhkəməsi onu noyabrda bir illik cəzaya məhkum edib, dövlət əleyhinə təbliğatda ittiham olunub.

Qadın Evin həbsxanasında 151 gün keçirib.

XS
SM
MD
LG