-
Yəməndən müxtəlif ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarını evakuasiya edən ikinci təyyarə Moskva vilayətindəki Çkalov aerodromuna enib.
Bu haqda məlumatı «RIA Novosti» yayıb.
Rusiya təyyarəsi bununla ikinci dəfədir Yəməndən həm öz ölkəsinin, həm də Azərbaycan, Belarus, Polşa, Ukrayna, Özbəkistan, Tacikistan, Qırğızıstan vətəndaşlarını evakuasiya edir.
Bu dəfə təyyarədə təxminən 150 sərnişin gəlib. Bundan əvvəlsə Rusiya təyyarəsinin 160 nəfəri gətirdiyi deyilirdi.