Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:12

Nemtsov-un xatirə konsertinə yer tapılmır


Moskvada Boris Nemtsov-un xatirə guşəsi
Moskvada Boris Nemtsov-un xatirə guşəsi

-

Moskvada bir neçə konsert zalı qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsov-un xatirəsinə keçirilən konsertə yer ayırmaqdan imtina edib. Nəticədə təşkilatçılar Dozhd kanalında marafon televiziya proqramı keçirməyə qərar veriblər.

Nemtsov-un keçmiş mətbuat katibi Olga Shorina onun şərəfinə böyük konsert keçirmək təşəbbüsü ilə çıxış etmişdi. Konsert aprelin 7-nə, Nemtsov-un ölümünün 40-cı gününə planlaşdırırdı.

Nemtsov fevralın 27-də Kreml yaxınlığında öldürülüb.

Rusiyanın tanınmış radio jurnalisti Mikhail Kozyrev konsertin təşkilinə razılıq vemişdi. O, aprelin 2-də facebook səhifəsində yazıb ki, bəzi rok musiqiçiləri iştiraka razılaşıblar. Ancaq konsert zalları imtina edib.

Əvəzində dostları və həmkarları televiziyada onunla bağlı xatirələrini bölüşmək qərarına gəliblər.

Vaxtilə baş nazirin müavini olmuş Nemtsov Prezident Vladimir Putin-in kəskin tənqidçisi idi, Kremlin Ukraynaya müdaxiləsinə qarşı çıxırdı.

XS
SM
MD
LG