Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

Oxot dənizində batanların axtarışı davam edir


Dalny Vostok gəmisi
Dalny Vostok gəmisi

-

Oxot dənizində 13 balıqçının axtarışı davam edir. Aprelin 2-də batmış “Dalny Vostyok” balıq ovlayan gəmidə 56 nəfər həlak olub, 63 nəfər xilas edilib.

Cümə günü sübh açılan kimi axtarışlar bərpa olunub. Ərazidə olan 26 balıqtutan gəmi və bir xilasedici gəmidə əməliyyatdan iştirak edir.

Soyuducu gəmi Maqadanın 300 kilometrliyində batıb. Gəmidən SOS siqnalı verilməyib.

Gəmidə cəmi 132 nəfər olub.

XS
SM
MD
LG