Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 19:53

Tbilisi Azərbaycan qazının Gürcüstana nəqlində maraqlıdır


Tbilisi alternativ variant olaraq Azərbaycan qazının Gürcüstana nəqlində maraqlıdır. Bunu Bakıda səfərdə olan Gürcüstan Xarici İşlər naziri Gela Bajuaşvili oktyabrın 31-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında dedi. Onun sözlərinə görə tərəflər arasında gedən danışıqlarda həmçinin Azərbaycan ərazisindən başqa ölkələrin təbii qazının Gürcüstana nəqli məsələsi də müzakirə olunub.


Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov isə bildirdi ki, iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın işi uğurla gedir. İki ay əvvəl Tbilisidə bu komissiyanın iclası keçirilib. Noyabrda isə növbəti iclas Bakıda olacaq. Elmar Məmmədyarov gürcü həmkarı ilə sərhədlərin delimitasiyası məsələsinin də bəzi detallarının müzakirə etdiyini bildirdi.


Rəsmi məlumatlara görə, Azərbaycan və Gürcüstanın 460 kilometrlik sərhəd xəttinin təqribən 300 kilometri ekspertlər səviyyəsində razılaşdırılıb. Bu isə ümumi sərhəd xəttinin 65 faizi deməkdir.


XS
SM
MD
LG