Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 04:07

Oxot dənizində ölənlərin sayı 56 nəfərə çatıb


Foto arxiv

Oxot dənizində balıqçı gəmisinin batması nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

Bundan əvvəl 54 nəfərin öldüyü bildirilirdi.Axtarış-xilasedici əməliyyatlar zamanı daha iki dənizçinin cəsədi tapılıb.

13 nəfirn taleyi isə bəlli deyil.

Hava qaraldığına görə, axtarış əməliyyatları səhərədək təxirə salınıb.

63 nəfərin xilas edildiyi bildirilir.Onların hamısı soyuqlayıb, 7 nəfərin vəziyyəti ağırdır.

Balıq ovlayan “Dalnıy Vostok” gəmisi Maqadanın 300 kilometrliyində, Oxot dənizində batıb.Gəmidəki 132 nəfər olub.

Cinayət işi qaldırılıb. Qəzanın səbəbi hələlik dəqiq bəlli deyil.

XS
SM
MD
LG