Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 01:44

Bakıda VII Milli Uşaq Kitab Sərgisi açıldı


Foto illüstrasiya

-

Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VII Milli Uşaq Kitab Sərgisi açılıb.
Təşkilatçıların fikrincə, sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatını ödəmək, son illərdə ölkədə nəşr olunan uşaq ədəbiyyatı ilə tanışlıq, kitaba və mütaliəyə həvəs yaratmaq, eləcə də milli dəyərləri yaşatmaqdır.

Tədbirdə məktəblilər və uşaq yazıçıları iştirak ediblər.
Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri 30 mövzu ətrafında sərgilənir: «2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü», «Xalq yaradıcılığı paytaxtları-2015», «2015-ci il üçün Şamaxı şəhəri «Azərbaycanın ədəbiyyat paytaxtı»», «Qax şəhəri «Azərbaycanın milli mətbəx paytaxtı», «Nağıllar aləmində», «Sizin sevimli yazıçılarınız», «Sirli-sehrli ilmələr», «Azərbaycan-yurdum mənim», «Gözlə bizi, Qarabağ», «Kitablarda mən hələ…», «Dərədən, təpədən», «Tarix – keçmişdən gələcəyə», «Yubilyar yazıçılarımız», «F.Köçərli adına Respublika Uşaq Kitabxanası- 50» və s.

Sərgi aprelin 5-dək davam edəcək.
Kitab- sərgi barədə daha geniş bilgi AzadlıqRadiosunun aprelin 5-də saat 23-də efirə gedəcək «İz» proqramında veriləcək.

XS
SM
MD
LG