Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 08:06

Beynəlxalq Banka yeni sədr təyin edildi


Fərid Axundov Azərbaycan Beynəlxalq Bankının yeni sədri təyin edilib.

O, bu postda ötən həftə səhhətilə əlaqədar istefa verən Cahangir Hacıyevi əvəz edib.

Məlumatı Fərid Axundovun indiyədək rəhbərlik etdiyi PASHA Bank da təsdiqləyib.

44 yaşlı Fərid Axundov keçmiş Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1995-ci ildə isə Böyük Britaniyadakı Salford Universitetinin magistr dərəcəsini alıb.

1996-2003-cü illərdə British Bank of the Middle East Bakı şöbəsində rəhbər vəzifələrdə çalışıb.

2005-ci ilədək “Bank Standard” QSC-nin Direktorlar Şurasının sədri olub.

2005-07-ci illərdə “FTF” MMC-nin baş direktoru olub.

2007-ci ildən isə PASHA bank investisiya bankının İdarə Heyətinin sədri olub.

XS
SM
MD
LG