Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:52

Keniyada ölənlərin sayı 15-ə çatdı


Keniyanın şimal-şərqində Universitetin yataqxanasına silahlı hücum edilib.

Azı 15 nəfərin öldüyü, onlarla adamın yaralandığı xəbər verilir.

Maskalı yaraqlılar Somali ilə sərhəddə yerləşən Garissa Universitetin yataqxanasına hücum ediblər.

Ölənlərin arasında təhlükəsialik xidmətinin əməkdaşları da var.

Rəsmilərin sözlərinə görə, yaraqlılar hara gəldi atəş açdığından ölü sayı arta bilər.

Yerli Qırmızı Xaç Təşkilatı xeyli tələbənin girov götürüldüyünü xəbər verir.

Təhlükəsialik qüvvələri universiteti mühasirəyə alıb.

Hücuma görə cavabdehliyi radikal Al-Shabaab qrupu üzərinə götürüb və bunun Keniyanın Somaliyə ordu göndərməsinə cavab olduğunu bəyan edib.

Keniya 2011-ci ildə bu qrupla mübarizə aparmaq üçün Somaliyə hərbi qüvvələr göndərdikdən sonra, qrupun üzvləri Keniyada bu cür hücumlar törədirlər.

Bu qrup Somalidə İslam dövləti qurmağa çalışır.

XS
SM
MD
LG