Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:05

Əfqanıstanda törədilən terror aktında azı 17 nəfər ölüb


Foto arxiv
Foto arxiv

Əfqanıstanın şərqində törədilən terror aktında azı 17 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Ölənlərdən biri deputatdır.

AzadlıqRadiosu əfqan xidmətinin məlumatına görə, Host əyalətinin paytaxtında yerli qubernatora qarşı keçirilən etiraz nümayişində güclü partlayış baş verib.

Vitse-qubernatorun sözlərinə görə, intiharçı özünü kütlənin arasında partladıb.

Bu hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

XS
SM
MD
LG