Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:52

Akif Muradverdiyev 6 il azadlıqdan məhrum edildi


Oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə Prezident Aparatının keçmiş İşlər müdiri Akif Muradverdiyevin məhkəmə prosesi sona çatıb. O, 6 il azadlıqdan məhrum edilib.


Akif Muradverdiyev keçən ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunurdu. Hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamın istintaqı isə davam edir.


Məhkəmə prosesi keçən həftə başlamışdı və bir neçə gün davam edib.


XS
SM
MD
LG