Dünya Bankının proqnozuna görə, yaxın iki il ərzində Rusiya iqtisadiyyatında geriləmə bundan əvvəl nəzərdə tutulduğundan daha çox olacaq.
Bank bunun səbəbini neftin qiymətinin düşməsi və Rusiyaya qarşı beynəlxalq sanksiyalarla izah edir.
Bankın hesabatına görə, 2015-ci ildə Rusiyada daxili məhsul yanvarda proqnozlaşdırıldığı kimi 2,9 faiz yox, 3,8 faiz azalacaq.
Bank xəbərdarlıq edir ki, bu gələn ildə davam edəcək və 0,3 faiz geriləmə olacaq.
Hansı ki, bu, bundan əvvəl 0,1 faiz proqnozlaşdırılırdı.
Hesabata görə, neftin ucuzlaşması və daha kəskin sanksiyalar 2014-cü ilin sonlarından başladı və iqtisadiyyata sonuncu rübdən təsir göstərməyə başladı.
Buna görə də bunun təsiri 2015 -2016-cı illərdə daha dərin ola bilər.
Bankın hesablamalarına görə Rusiyada 10 faiz infilyasiya olacaq.