Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:07

Nigeriya seçkilərində müxalif general qalıb gəldi


Nigeriyada keçirilən prezident seçkilərində ölkənin keçmiş hərbi rəhbəri Muhammadu Buhari qalib gəlib.

Beləliklə o, Nigeriya tarixində seçkini udan ilk müxalifət nümayəndəsi olub.

Onun partiyası bəyan edib ki, rəqib namizəd – hazırkı prezident Goodluck Jonathan məğlubiyyətini qəbul edib.

General Buhari cənab Jonathandan 2 milyon çox səs toplayıb.

Buharinin Mütərəqqi Konqres Partiyası Goodluck Jonathanı siyasi iradəsinə görə təqdir edib.

Bir çox seçicilər inanırlar ki, general Buhari Boko Haram ekstremistlərinə qarşı daha səmərəli mübarizə aparacaq.

XS
SM
MD
LG