Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:15

BDU-da kimsəsiz uşaqların istedadlarını üzə çıxarmaq üçün konsert olub


«14-24»ün qonaqları bir masa arxasında, 23 oktyabr 2006
«14-24»ün qonaqları bir masa arxasında, 23 oktyabr 2006
Oktyabrın 19-da Bakı Dövlət Universitetində (BDU) kimsəsiz uşaqların istedadlarını üzə çıxarmaq üçün konsert keçirildi. Tədbirə əsasən Bakının Suraxanı, Xətai və Nizami rayonlarında yerləşən uşaq evlərindən uşaqlar qatılmışdılar.

Konsertdə «Şeron» qrupu və gənc müğənnilərdən Nizami və Gülnar da iştirak edirdi. Maraqlı hadisə isə o oldu ki, «Şeron» qrupu oxuyarkən işıqlar söndü, ancaq qrup ifasını canlı davam etdirdi. Və bu tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Gənc müğənni Aygün isə bildirir ki, o, səhnədə oxuyarkən işıqlar sönməsə də, ayaqları tutulub, az qala yıxılmaq təhlükəsi ilə üzləşib, ancaq sonda bu maneələri aşa bilib. Bəzən isə həyəcandan mahnının sözləri yadından çıxıb. «14-24»ün digər qonağı, musiqi təhsili olmayan, ancaq «Arşın mal alan» operettasında ingilis dilində Əsgər rolunu ifa edən Elvin isə bildirir ki, səhnə arxasında çox məzəli hadisələr baş verir. Ancaq o, bunların çoxunu sirr kimi saxlayır.


DİNLƏYİN


XS
SM
MD
LG