Martın 31-də İsveçrədə İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdirilir.
Söhbət Tehranın nüvə proqramını dondurması və ona qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasından gedir.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, danışıqların hazırkı mərhələsində perespektivlər pis deyil və hətta deyərdim ki, yaxşıdır:
“Şanslar böyükdür, amma əlbəttə heç vax 100 faizlik əminlik, ümid olmur.
Amma əgər tərəflərdən heç biri son məqamdamaraqlar balansını qorumaq əvəzinə yekun müqavilədə əlavə nəsə qazanmaq üçün gediş eləməsə bu şanslar tamamilə realdır”.
Lavrov onu da qeyd edib ki, əgər razılıq əldə olunsa İrana qarşı beynəlxalq sanksiyalar dərhal dayandırılmalıdır.
İranla danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.
Qərb ölkələri hesab edir ki, İran 10 ildən də artıq uran zənginləşdirilməsi üzərində işi dayandırmalıdır.
Tərəflər martın 31-dək çərçivə sazişi, iyunun sonunadək isə yekun razılıq əldə etməlidirlər.
İran isə hesab edir ki, onun nüvə fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlərdən dərhal sonra ona qarşı sanksiyalar dayandırılmalıdır.
İran həmçinin hesab edir ki, 10 ildən sonra nüvə fəaliyyətini bərpa edə bilər.