Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:27

Malayziya təyyarəsinin vurulmasının şahidlərinə çağırış edilib


Ötən iyul ayında Ukrayna üzərində MH17 sərnişin təyyarəsinin vurulmasını araşdırasn beynəlxalq istintaq qrupu şahidlərə videokliplə müraciət edib.

Təyyarənin “Buk” raket qurğusu ilə vurulduğunu əsas versiya kimi təhqiq edən qrup mümkün şahidlərin mühafizə olunacağına təminat verir.

Amsterdamdam Kuala Lunpura uçan bu təyyarədə 298 nəfərt həlak olub.

Hollandiya tərəfindən hazırlanmış ilkin hesabatda bildirilir ki, təyyarə “yüksək sürətli obyektin” təmas etməsi ilə dağılıb.

Bununla belə, Hollandiya Təhlükəsizlik Şurasının hesabatında Rusiya istehsallı “Buk” qurğusunun adı çəkilmir və yekun hesabat gələn oktyabradək açıqlanmayacaq.

Ukrayna hökuməti və Qərb kəşfiyyatı təyyarənin vurulmasında, separatçılara “Buk” raket qurğusunu vermiş Rusiyanı ittiham edir.

Kreml isə iddia edir ki, Malayziya təyyarəsi Ukrayna qüvvələri tərəfindən vurulub.

Hollandiyanın RTL telekanalı bildirib ki, qəza yerindən təyyarənin yer-göy tipli raketlə vurulduğunu sübut edən metal parçası tapılıb.

Çağırış videosunda müstəntiqlər təyyarənin vurulması ilə bağlı müxtəlif foto və materialları da təqdim edirlər.

Buraya məxfi yazılmış radiotelefon danışıqları da daxil edilib.

XS
SM
MD
LG