Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:49

Şeyxülislam: «Ermənistanda məscidlərin necə dağıdılmasının şahidi olduq»


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

-

«Ermənilər özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər».

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə belə deyib.

Məlumatı apa yayıb.

Şeyxülislam QMİ-də 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən tədbirdə bildirib ki, bu hadisələr o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib:

«Bunun davam etdirilməsinə imkan tapsaydılar, daha çox xalq buna məruz qalacaqdı».

A.Paşazadə bildirib ki, ermənilərin məqsədi dənizdən-dənizə «Böyük Ermənistan» yaratmaq idi: «Qonşu ərazilərdə bütün xalqlara qarşı bu hadisəni törətmək onların planları idi. O vaxt Türkiyədə də ermənilər tərəfindən xeyli insan soyqırımına məruz qaldı, qırıldı».

Şeyxülislam deyib ki, Qara dənizdən Xəzər dənizinə qədər böyük dövlət yaratmaq istəyən ermənilər o vaxtdan törətdikləri qırğınları indi də davam etdirir:

«Bu, Qarabağda, xüsusilə Xocalıda qabarıq özünü göstərdi. Onlar özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər. Mən və müavinlərim Ermənistanda olduq və oradakı məscidlərin necə dağıdılmasının şahidi olduq».

1918-ci il martın 30-dan aprelin 2-nə kimi bolşeviklər və erməni silahlı birləşmələri Bakıda minlərlə insan qətlə yetirib.

«Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binasını yandırılıb.

Yerli əhaliyə qarşı hücumlar Şamaxı və Qubada da davam edib.

1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalayıb.​

XS
SM
MD
LG