Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:50

Ukrayna Baş prokurorluğu korrupsiya ilə mübarizə vəd edir


Ukrayna Fövqəladə hallar xidmətinin rəhbəri Serhiy Bochkovskiy-nin əli qandallanır
Ukrayna Fövqəladə hallar xidmətinin rəhbəri Serhiy Bochkovskiy-nin əli qandallanır

-

Ukraynanın Baş prokurorluğu Nazirlər Kabinetində korrupsiya ilə bağlı bəyanatları tədqiq edəcək. Baş nazir Arseniy Yatsenyuk isə bu barədə ifadə verməyə hazırdır. Bunu Ukraynanın baş prokuroru Viktor Shokin “İnter” telekanalına deyib.

Shokin söyləyib ki, onun uçun “toxunulmaz şəxs” yoxdur. Prokurorun sözlərinə görə, istər prezident olsun, istər baş nazir, yaxud başqa vəzifəli – insan cinayət əməli törədibsə, “mütləq məsuliyyətə cəlb olunmalıdır”.

Prokurorluğun idarə rəisi Pavel Jebrivski isə Ukraynanın “Beşinci kanal”ının efirində bildirib ki, hökumətdə mümkün korrupsiya faktları bir ay ərzində yoxlanacaq.

Martın 25-də Ukrayna Fövqəladə hallar xidmətinin rəhbəri və onun müavini vəzifədən çıxarılıb. Hökumətin iclasında nazirin və müavininin əlləri qandallanıb.

XS
SM
MD
LG