Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:39

Lavrov, Kerry İranın nüvə sazişindən danışıblar


Jurnalistlər Lozannadakı oteldə
Jurnalistlər Lozannadakı oteldə

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ABŞ-ən dövlət katibi John Kerry İsveçrənin Lozanna şəhərində görüşüb İranla nüvə danışıqlarını müzakirə ediblər. Tərəflər həmçinin Yaxın Şərqdə “vacib regional və beynəlxalq məsələlər”dən də danışıblar. Məlumatı Kreml martın 30-da yayıb.

Görüş martın 29-da axşam keçirilib. Həmin gün Tehranın nüvə proqramı üzrə gərgin danışıqlar da davam edib. İranla altı böyük dövlət martın 31-dək çərçivə sazişi əldə etməyə çalışırlar. İyunun sonunadək isə yekun razılaşma əldə olunmalıdır.

Martın 30-da İran, Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ diplomatları danışıqları davam etdirəcəklər. P5+1 qrupu elə bir saziş əldə etmək istəyir ki, Tehran nüvə silahı hazırlaya bilməsin, İransa iqtisadi sanksiyalar isə qaldırılsın.

Məlumatlara görə, Tehran sentrifuqaların sayını azaltmağa və zənginləşdirilmiş uran ehtiyatlarını xaricə göndərməyə hazır olduğunu bildirir. Ancaq martın 30-dək çərçivə sazişi üzrə fikir ayrılıqları qalırdı.

XS
SM
MD
LG