Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:30

Tunisdə minlərlə insan antiterror mitinqinə qatılıb


Tunisdə minlərlə insan “Tunis azaddır”, “Rədd olsun terror” şüarları ilə keçirilən yürüşə çıxıb.

Yürüş martın 18-də qanlı terror aktının törədildiyi “Bardo” muzeyinə istiqamət alıb. Burada keçirilən mərasimə həmçinin Fransa prezidenti Francois Hollande da qatılıb.

Bundan bir neçə saat əvvəl rəsmilər muzey basqınında şübhəli bilinən şəxslərdən birinin polislə atışmada öldürüldüyünü bildiriblər.

Tunis prezidenti Beji Caid Essebsi bəyan edib ki, “bugünklü yürüş Tunis xalqının terrora boyun əymədiyini nümayiş etdirib”.

Bu mərasimdə Francois Holland-la yanaşı İtaliyanın baş naziri Matteo Renzi, Polşa prezidenti Bronislaw Komorowski və İspaniyanın xarici işlər naziri Jose Manuel Garcia-Margallo da iştirak ediblər.

Bəzi solçu partiyalar bu yürüşü, aksiyada islamçıların iştirakına etiraz olaraq boykot ediblər.

XS
SM
MD
LG