Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Ərəblər vahid silahlı qüvvələr yaratmağı qərara aldılar


Misirin Şərm əş-Şeyx şəhərində keçirilən sammitdə ərəb ölkələrinin liderləri Yəmən və Liviya kimi yerlərdə münaqişələrin cilovlanması məqsədilə vahid ordu yaratmaq barədə razılığa gəliblər.

Təhlilçilər deyirlər ki, Misir prezidenti Abdel Fattah al-Sisi tərəfindən verilmiş bu təşəbbüsün praktik əsaslarının işlənib hazırlanmasına aylarla vaxt lazım gələ bilər.

Onlar qeyd edirlər ki, Ərəb dünyasında keçmişlərdə də irəli sürülmüş buna bənzər təşəbbüslər bir qayda olaraq iflasa uğrayıb.

Lakin Misirin xarici işlər naziri Sameh Shukri mətbuat konfransında deyib ki, vahid ordunun müxtəlif münaqişələrə müdaxiləsində üzv ölkələrin iştirakı könüllü olacaq.

Bu isə o deməkdir ki, üzv ölkələr seçim azadlığına malik olacaq.

Prezident Sisi deyib ki, birləşmiş Ərəb ordusuna birləşmiş qərargahlar rəisi qismində komandanlıq edilməlidir.

Bununla belə, ekspertlərin fikrincə, İslam Dövləti də daxil olmaqla müasir ərəb siyasi xəritəsində yaranmış mürəkkəb vəziyyət vahid silahlı qüvvələr ideyasını perspektivsiz edə bilər.

Son günlərdə Səudiyyə Ərəbistanı Yəməndə şiəməzhəb Hutilərə qarşı mübarizə aparmaq üçün on ölkəni koalisiyada birləşdirə bilib.

Ərəb liderlər bəyan ediblər ki, Səudiyyənin rəhbərlik etdiyi hərbi əməliyyat İran tərəfindən dəstəklənən şiə yaraqlılar məğlub oluncaya qədər davam etdiriləcək.

Analitiklər belə bir ehtimal da irəli sürürlər ki, vahid ərəb ordusu bir çoxları üçün sünni ərəblərin hərbi birliyi hesab olunacaq.

XS
SM
MD
LG