Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

Huti silahlılarına hava hücumları davam edir


Yəməndən görüntü
Yəməndən görüntü

-

10 sünni Ərəb dövlətinin daxil olduğu Səudiyyə koalisiyası martın 29-u da Yəməndəki şiə silahlılarına hava hücumları endirməkdə davam ediblər. Hücumlar Yəmən prezidenti Abd-Rabbu Mansour Hadinin çıxışından bir neçə saat sonraya təsadüf edib. Prezident çıxışında Tehranı ölkəsindəki stabilliyi pozmaqda günahlandırıb.

Hadi martın 28-də Misirdə Ərəb Liqasının sammitində çıxış edib. Bundan bir neçə gün öncə o, Aden şəhərindəki iqamətgahından qaçaraq Səudiyyə Ərəbistanına sığınıb.

Hadi Səudiyyə Ərəbistanı silahlıları mühasirəyə alanadək hava hücumunu davam etdirməyə çağırıb. O deyib ki, “İranın marionetkaları” və onların arxasında olanlar Yəməni dağıdıblar. Onu da deyib ki, İranın bu münaqişədəki rolu bütün regionda müharibəni qızışdıra bilər.

İran və huti silahlıları toqquşmada Tehranın rolunu inkar edirlər.

XS
SM
MD
LG