Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:23

Apple şirkətinin rəhbəri sərvətini xeyriyyəyə ianə edəcək


Apple şirkətinin baş icraçı direktoru Tim Cook.
Apple şirkətinin baş icraçı direktoru Tim Cook.

Apple şirkətinin baş icraçı direktoru, milyarder Tim Cook elan edib ki, öz sərvətinin böyük hissəsini xeyriyyəyə ianə edəcək.

Dünyanın ən mənfəətli şirkətinin sahibinin sərvəti 800 milyon dollardan çoxdur.

Cənab Cook “Fortune” jurnalına verdiyi müsahibədə deyib ki, o, 10 yaşlı bacısı oğlunun təhsil haqqını tam ödədikdən sonra yerdə qalan pulunu xeyriyyə məqsədlərinə xərcləyəcək.

Bundan əvvəl Facebook-un sahibi Mark Zuckerberg də bütün sərvətini xeyriyyəçiliyə xərcləyəcəyini vəd etmişdi.

5 il bundan əvvəl milyarder sərmayəçi Warren Buffett və Microsoft şirkətinin banisi Bill Gates “The Giving Pledge” - “Əliaçıqlığa çağırış” kampaniyasına başlayıblar.

Bu xeyriyyə kampaniyasından məqsəd dünya milyarderlərini öz sərvətlərinin ən azı yarısını xeyriyyəyə verməyə sövq etməkdir.

İndiyədək 100-dək zəngin insan bu təşəbbüsə qoşulub.

XS
SM
MD
LG