Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 01:37

Diplomatlar Yəməndən qaçır


Adendə iğtişaşlar - 26 mart 2015

-

Səudiyyə Ərəbistanının hərbi-dəniz donanması Yəmənin cənubundakı Aden şəhərindən xarici diplomatların evakuasiyasına başlayıb.

Bu haqda Səudiyyə televiziyası məlumat verib.

Martın 25-də Səudiyyə Ərəbistanı bəzi ərəb ölkələrinin dəstəyi ilə şiə üsyançıları – husilərin nəzarət etdiyi ərazilərdə yerləşən obyektlərə hava zərbələri endirməyə başlayıb.

ABŞ prezidenti Barack Obama Səudiyyə kralı Salman-la telefon söhbətində Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəməndə keçirdiyi hərbi əməliyyatlara dəstəyini bildirib. ​

Ötən il İranın dəstəklədiyi şiə qiyamçıları Yəmənin şimalındakı böyük əraziləri və paytaxt Sananı tutublar. Bu ilin əvvəlində onlar Yəmən prezidenti Abd Rabbuh Mansur Hadi-ni istefaya göndəriblər, o sonradan Adenə qaçıb. Husilərin hücumu ara vermədiyindən martın 26-da o, bu şəhəri də tərk etməli olub.

XS
SM
MD
LG