Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

Fabius:"İranla razılaşma əldə oluna bilər"


Laurent Fabius və Javad Zarif
Laurent Fabius və Javad Zarif

Fransanın xarici işlər naziri Laurent Fabius bildirib ki, ayın sonunda İranın nüvə proqramı ilə bağlı razılaşma ola bilər, amma danışıqlarda xeyli irəliləyişlər olmalıdır.

O belə bir bəyanatla martın 27-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında deyib.

Fabius İranla danışıqlara qoşulmaq üçün Nyu-Yorkdan İsveçrəyə gəlməlidir.

ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif martın 26-da İsveçrənin Lausanne şəhərində danışıqlar aparıblar.

Tərəflər martın 31-dək çərçivə razılaşması əldə etməlidirlər.

Ranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etməlidirlər.

Qərb hesab edir ki, Tehran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

XS
SM
MD
LG