Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

Gəncə zavodu avtomobillərinin satışına başlayır


Gəncə Avtomobil Zavodu Çin texnologiyası ilə yığdığı avtomobillərin satışına başlayır.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən zavodun direktoru Xanlar Fətiyevin sözlərinə görə, ilk mərhələdə 6 modeldə 18 kiçik və orta tonnajlı yük maşını yığılıb:


«Avtomobillər müxtəlif modeldə olduğu kimi, qiymətləri də müxtəlif olacaq. Maşınları 7700-dən 10 000 manata qədər qiymətləndirmişik».


Maşınları kredit yoluyla da almaq mümkün olacaq. Xanlar Fətiyev deyir ki, onlar ilk öncə avtomobilləri daxili bazara çıxaracaqlar. Bunun üçün Bakıda ilk xidmət servisi də açılıb.


Gəncə Avtomobil Zavodu Çinin «Çan-Qan» şirkəti ilə imzaladığı müqavilə əsasında bu ilin sonunadək daha 50 ortatonnajlı yük maşınının yığılmasını planlaşdırır. Modellərin 3-ü «Gəncə» adlanır.


XS
SM
MD
LG