Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:44

Qəza törədən pilot Andreas Lubitz psixatrik müalicə alıbmış


Andreas Lubitz
Andreas Lubitz

Almaniya polisi 150 nəfərin ölümünə səbəb olan təyyarə qəzasını qəsdən törətməkdə şübhəli görünən pilot Andreas Lubitz-in evində axtarış aparıb.

Polis onun Montabaurdakı ata evi və Düsseldorfdakı öz evində axtarış aparıb.

Almaniyanın Bild qəzeti yazır ki, Lubitz 2009-cu ildə güclü depresiyadan əziyyət çəkdiyinə görə psixatrik müalicə alıb və həmin vaxt pilot kimi məşqləri dayandırmalı olub.

Qəzet bunu Lufthansa şirkətinə məxsus tibbi mərkəzin Almaniya hakimiyyətinə göndərdiyi sənədlərə istinadla yazır.

Hakimiyyət həmin sənədlərə baxdıqdan sonra onları fransalı müstəntiqlərə göndərəcək.

Məlumata görə Lubitz azı ilyarım psixatrik müalicə alıb.

Lufthansanın icracı direktoru Carsten Spohr da Lubutz-in 6 il bundan əvvəl təhsil vaxtı fasilə verdiyini bildirib.

Amma o Lubitz-in sonradan məşqləri bərpa etdiyini və bütün yoxlamalardan təmiz çıxdığını deyir.

Prokurorların qəzanı ikinci pilotun törətməsi barədə açıqlamasından sonra bir neçə hava şirkəti artıq qaydalarını dəyişib.

Dəyişikliyə görə, kabinədə həmişə iki pilot olmalıdır.

Almaniyanın nəqliyyat naziri Alexander Dobrindt martın 27-də Berlində jurnalistlərə deyib ki, artıq şirkətlər və Avropa səviyyəsində danışıqlar aparılır.

Kabinada 2 nəfərin olması Birləşmiş Ştatlarda məcburidir, Avropada isə yox.

Fransa prokurorluğunun məlumatına görə, pilot Andreas Lubitz kabinənin qapısını bağlayaraq, çölə çıxan yoldaşını içəri buraxmayıbvə qəsdən eniş edərək təyyarəni Alp dağlarına çırpıb.

Hadisə martın 24-də baş verib.

XS
SM
MD
LG