Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:06

Səudiyyənin Yəmənə raket zərbələri neftin qiymətini qaldırıb


Səudiyyənin neft tankerlərindən biri Cibuti yaxınlığında
Səudiyyənin neft tankerlərindən biri Cibuti yaxınlığında

Səudiyyə Ərəbistanın Yəməndəki qiyamçı şiələrin mövqelərinə hava zərbələrinin ikinci günündə neftin qiyməti 5 faiz qalxaraq bir barrel üçün 59, 19 dollar olub.

Bu onunla əlaqədardır ki, Səudiyyənin Yəmənə müdaxiləsi bütün Yaxın Şərqin sabitlikdən çıxa biləcəyi barədə ciddi ehtiyatlanmalar yaradıb.

Səudiyyənin neft mədənləri münaqişədən aralıda olsa da, ehtiyatlanmalar neftin təchizatında yarana biləcək çətinliklərlə bağlıdır.

Lakin neft təhlilçiləri münaqişənin tammiqyaslı müharibəyə çevriləcəyinə inanmırlar və bildirirlər ki, neft qiymətlərinin qalxması müvəqqəti xarakter daşıyır.

Onlar bildirirlər ki, neft qiymətləri adətən belə hadisələrin başlanğıcına reaksiya verir.

Lakin Körfəz neft ölkələrinin tankerləri bilavasitə Yəmən sahillərinə yaxın sulardan keçirlər.

Buna görə də bəzi ekspertlər bildirirlər ki, Yəmən və Cibuti arasındakı su sahəsi cəmi 40 kilometrdir və ABŞ analitikləri Bab əl-Mandeb adlanan bu suları qlobal neft təchizatının “hülqumu” adlandırırlar.

XS
SM
MD
LG